Dünyanın 70 ölkəsində fəaliyyət göstərən Azərbaycan diasporunun məqsədi mövcud reallıqları, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Heydər Əliyev və Türk dünyası" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumunda səsləndirib.
"Dünyanın 20 şəhərində Azərbaycan evləri fəaliyyət göstərir",- deyən komitə sədri vurğulayıb ki, qarşıdakı illərdə onların sayının daha da artırılması planlaşdırılır.