ABŞ “Abrams” tanklarının ilk partiyasını Ukraynaya nəzərdə tutulan vaxtdan əvvəl çatdırıb.
YeniAvropa xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ-ın iki rəsmi şəxsinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, tanklar Kiyevə “vaxtından bir neçə ay əvvəl çatdırılıb və Ukraynanın əks-hücum əməliyyatlarında istifadə oluna bilər”. Nəşrin həmsöhbətləri onu da bildiriblər ki, qalan tanklar yaxın aylarda təhvil veriləcək. Lakin rəsmilər hazırda Ukraynaya nə qədər “Abrams” göndərildiyini açıqlamayıblar.
Sentyabrın 21-də ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar zamanı “Abrams” tanklarının bu həftə Ukraynaya çatdırılması planlarını açıqlamışdı.