logo

Tbilisidə 4,7 ballıq zəlzələ olub

09:49 24-09-2023 | icon 3339
Tbilisidə 4,7 ballıq zəlzələ olub

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.