Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.
YeniAvropa xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Arif Niftullayev (97 kiloqram) rəqibləri ilə üz-üzə gələcəklər.
60 kiloqram
1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)
72 kiloqram
1/8 final
Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)
97 kiloqram
1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)
Bu gün həmçinin üç yunan-Roma güləşçimizin qızıl medal qazanmaq şansı var. Eldəniz Əzizli (55 kiloqram) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kiloqram) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kiloqram) isə qırğızıstanlı Akjol Mahmudov ilə xalça üzərinə çıxacaqlar.