Azərbaycan millisinin sentyabr ayı üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb.
YeniAvropa xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda mövqeyini dəyişməyib.
Yığma 1147 xalla 121-ci sırada qərarlaşıb.
Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.
Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.
İlk “10-luq”:
1. Argentina – 1851 xal
2. Fransa – 1840
3. Braziliya – 1837
4. İngiltərə - 1794
5. Belçika – 1792
6. Xorvatiya – 1747
7. Niderland – 1743
8. Portuqaliya – 1728
9. İtaliya – 1727
10. İspaniya – 1710
AVRO-2024-ün seçmə mərhələsinin F qrupu:
5. Belçika – 1792
23. İsveç – 1538
25. Avstriya – 1537
115. Estoniya – 1172
121. Azərbaycan – 1147
Postsovet məkanı:
24. Ukrayna – 1538
39. Rusiya – 1495
75. Özbəkistan – 1328
79. Gürcüstan – 1299
91. Ermənistan – 1254
96. Qırğızıstan – 1228
100. Qazaxıstan – 1206
105. Belarus – 1198
110. Tacikistan – 1183
115. Estoniya – 1172
121. Azərbaycan – 1147
136. Latviya – 1089
140. Türkmənistan – 1086
143. Litva – 1072
159. Moldova - 1010