Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, Azərbaycanın Yunan-roma güləşçiləri mübarizəyə bu gün başlayır. İlk olaraq 4 güləşimiz çıxış edəcək:
Eldəniz Əzizli (55 kiloqram) 1/8 finalda yaponiyalı Tayq Onuşi ilə üz-üzə gələcək.
Sənan Süleymanov (77 kiloqram) filandiyalı Conni Sarkkinenlə qarşılaşacaq.
Rafiq Hüseynov (82 kiloqram) 1/8 finala çıxacaq.
Beka Kandelaki (130 kiloqram) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə şansını sınayacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək.