Moskva rəsmi İrəvan və Bakı ilə sıx təmasdadır.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İ ilə görüşü əsnasında bildirib.
RF prezidenti qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda bütün tərəflərlə fəal iş aparır.
Vladimir Putin deyib: “Ümidvaram ki, biz gərginliyin azaldılmasına və bu problemin həllinin sülh məcrasına yönəlməsinə nail olacağıq”.