logo

Bu gün Qarabağda DİN-in 7 əməkdaşı həlak olub-FOTO

16:11 19-09-2023 | icon 1281
Bu gün Qarabağda DİN-in 7 əməkdaşı həlak olub-FOTO

Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir.

YeniAvropa xəbər verir ki, bu gün Xocavənddə erməni separatçıların törətdiyi terror aktı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 4 əməkdaşı həlak olub.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib ki, Xocavənddə törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan Asim Camalzadə, Ramil Şirinov, Seymur Mahmudov və Xəzər Zamanov hadisə yerində həlak olublar.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanıb.

Bundan əvvəl DİN-in daha 3 əməkdaşı Elşən Həsənov, Seyfi Abdullayev, Ələsgər Ələsgərov Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatlarını itiriblər.