logo

Bakı daha bir dünya çempionatına ev sahibliyi edəcək

13:21 19-09-2023 | icon 6006
Bakı daha bir dünya çempionatına ev sahibliyi edəcək

Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, tədbirin təşkilatçıları Azərbaycan Rəqs İttifaqının (AZDC) prezidenti, xalq artisti Təranə Muradova, təsisçisi və prezidenti Olqa Krasnyanskayanın rəhbərlik etdiyi “Smooth Rhythm Dance Style” (SRDS) şirkətidir.

Təşkilatçıların missiyası Azərbaycanın mədəni dəyərlərini daha da gücləndirmək, ölkədə idman bal rəqsinin inkişafına təkan vermək, həm idman, həm də incəsənət elementlərini özündə cəmləşdirən, şəxsiyyətin, onun mənəvi və fiziki inkişafının harmoniyasına imkan verən bal rəqsinin mahiyyətini təqdim etməkdir. Dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı belə səviyyəli turnirdə beşqat dünya çempionları, Azərbaycanın Əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina çıxış edəcəklər.

Festivalda 50-yə yaxın ölkə təmsilçisinin çıxışı gözlənilir.