Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansındakı "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla, 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.