logo

“Qarabağ”-“Molde” matçına  12 mindən artıq bilet satılıb

20:20 18-09-2023 | icon 1092
“Qarabağ”-“Molde” matçına  12 mindən artıq bilet satılıb

UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 21-də Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyun üçün indiyədək satılmış biletlərin sayı məlum olub.

Klubun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma üçün satışa çıxarılmış biletlərin 12 500 ədədi artıq satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu saat 20:45-də start götürəcək.