logo

Ərdoğan İlon Maskı Türkiyədə zavod açmağa dəvət edib

09:29 18-09-2023 | icon 2940
Ərdoğan İlon Maskı Türkiyədə zavod açmağa dəvət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Tesla" kompaniyasının sahibi İlon Maskla görüşüb.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib.

Görüş zamanı prezident sahibkarı "Tesla" elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin "SpaceX" ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.

Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir.