30 ildən sonra Füzulidə ilk tədris ilinin zəngi çalınıb
Otuz ildən sonra işğaldan azad olunan Füzuli şəhərində ilk Bilik Günü keçirilib. Bu əlamətdar tarixin qeyd olunduğu məktəblər sırasına Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb də qoşulub.
YeniAvropa xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar məktəbdə “Qarabağ şikəstəsi” ilə qarşılanıblar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Füzulidə tədris ilinin Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın açılışını etdikləri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə başlanması Türk dünyasının qardaşlığını göstərməklə, rəmzi məna daşıyır. Həmçinin məktəbin kollektivi Qarabağ torpaqlarında yeni tədris ilinin başlanması münasibətilə təbrik olunub. Bildirilib ki, işğaldan azad edilən digər rayonlarımız kimi, Qarabağın dilbər guşələrindən olan Füzuli torpaqlarında da həyat canlamağa başlayıb və bu günlər Füzuli sakinlərinin gələcək firavan dövrünün başlanğıcıdır.
Vurğulanıb ki, yaxın zamanlarda Füzulidə digər təhsil ocaqları da fəaliyyətə başlayacaq və Qarabağ torpaqlarında təhsil alan şagirdlər Azərbaycan elminə öz töhfəsini verəcək.
Açılış mərasimindən sonra məktəbdə Bilik Gününün zəngi səslənib, şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.
Sonra məktəbdə yaradılan şəraitə baxış keçirilib.
Qeyd edək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana mövcuddur. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.Yeni dərs ilində məktəbdə 11 sinif olmaqla 160 şagird təhsil alacaq ibarət və 15 müəllim tədris aparacaq.
İlham Əliyev paytaxtda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Azərbaycan nefti 71,87 dollara satılır
Paytaxtda arvadını öldürən şəxs evdə özünü asıb
Eldəniz Əzizli dördüncü dəfə dünya çempionu olub
Bakı-Pirşağı-Sumqayıt qatarlarının bir neçə reysi ləğv edilir
Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlığı müzakirə edilib
Qadın güləşçimiz Gimnaziadada qızıl medal qazanıb
Şagirdlərin rəqəmsal bacarıqları qiymətləndiriləcək
Azərbaycan-Albaniya əməkdaşlığı müzakirə olunub
AQTA 350 hotelin qidalanma blokunda yoxlama keçirib
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
Milli Məclis Azərbaycan- Özbəkistan müttəfiqlik müqaviləsini təsdiqləyib
Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
İran hərbi xərclərini 2 dəfə artırır
“Hizbullah”a yeni baş katib təyin olunub
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib
Sabah Bakıda 19° isti olacaq
Uçquna görə Bakı Kənar Dairəvi yolu müvəqqəti bağlanacaq
Azərbaycan-Pakistan regional əməkdaşlığı müzakirə edilib
Badamdar yamacında süxur kütləsi qırılıb-magistral yol təhlükə var
Azərbaycanda 1674 dövlət uşaq bağçası fəaliyyət göstərir
Avropa Parlamentinin qara qüvvələrin əlində alətə çevrilib-Sahibə Qafarova
Milli Məclisin iclasında 11 məsələ müzakirəyə çıxarılıb
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib