AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.
YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında ilk dəfə təşkil olunan Millətlər Liqasında keçiriləcək Macarıstan – İrlandiya matçının UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 26-da baş tutacaq.