Avropa İttifaqı yeni üzv dövlətlərlə genişlənmək niyyətindədir
Avropa İttifaqı Komissiyasının prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində illik məruzə ilə çıxışı zamanı Avropa İttifaqına (Aİ) yeni üzv dövlətlərin qəbul edilməsinin tərəfdarı olduğunu bəyan edib.
YeniAvropa xəbər verir ki, hazırda 27 ölkəni birləşdirən Aİ-ni yeni üzv dövlətlərin qəbul edilməsinə hazırlamaq üçün Ursula Fon der Lyayen yeni analitik layihə barədə məlumat verib. Bu layihədə Aİ-nin hansı sahələrinin daha iri İttifaqın yaradılmasına adaptasiya oluna biləcəyi nəzərdən keçiriləcək.
Avropa Komissiyasının prezidenti deyib: “Hər hansı dövlətin bir-birinin ardınca digər dövlətləri ələ keçirməyə cəhd etdiyi dünyada biz öz Avropadakı dostlarımızdan heç cür imtina edə bilmərik”. Ursula Fon der Lyayen Aİ-yə daxil ola bilmək üçün hansı ölkələri xüsusilə perspektivli hesab etdiyini və Aİ Şurasının prezidenti Şarl Mişel kimi, ilk yeni üzv dövlətləri 2030-cu ildən qəbul etmək istəyib-istəmədiyini açıqlamayıb. Bu yaxınlarda Avropa İttifaqı üzvlüyə daxil olmaqla bağlı Balkan ölkələri – Monteneqro, Albaniya, Serbiya, Bosniya və Herseqovina, həmçinin Şimali Makedoniya ilə danışıqlar aparıb. Bundan başqa, Aİ üzvlüyünə namizədlər arasında Kosovo, Ukrayna, Moldova, Gürcüstan və Türkiyə də var.
“Aİ-nin formalaşdırılmasının başa çatdırılması Avropanın strateji və təhlükəsizlik maraqlarına uyğundur. Biz institutlarımızın necə işlədiyini, parlamentin və komissiyanın necə uyğunlaşdığını nəzərdən keçirməli olacağıq. Yaxşı xəbər ondan ibarətdir ki, Aİ hər dəfə genişlənəndə yeni üzvlərin qəbul edilməsinin işimizin səmərəliliyini azaldacağına dair iddialar özünü doğrultmur. Üzərindən iki onilliyin keçdiyi sonuncu genişlənmədən sonra, biz milyonlarla insanın həyat tərzinin yaxşılaşmasına səbəb olan iqtisadi nailiyyətin baş verdiyinin şahidi olduq. Növbəti üzvlərin qəbul edilməsini və növbəti iqtisadi nailiyyətlərin yaşanmasını səbirsizliklə gözləməyimizi arzu edirəm”, - deyə o qeyd edib.
Ursula Fon der Lyayen bildirib ki, iri kənd təsərrüfatı sektoru Aİ tərəfindən aqrar sahəyə subsidiyalarının ayrılması ilə bağlı kompleks islahatlar həyata keçirilməsini zəruri edəcək. Onun sözlərinə görə, bundan əlavə, büdcənin gələcəyini – daha doğrusu, büdcədən nə qədər vəsait ödəniləcəyini və onun necə maliyyələşdiriləcəyini də müzakirə etmək lazım gələcək.
Sonuncu məsələ Ukraynanın Aİ üzvlüyünə namizədlər siyahısına əlavə edilməsindən sonra xüsusilə aktualdır, çünki müharibənin darmadağın etdiyi bu ölkə nisbətən daha böyükdür və gələcəkdə çox güman ki, ona subsidiyaların ayrılması tələb olunacaq.
Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsi-VİDEO
“Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı
Söyüdlü kəndindəki vəziyyəti araşdıran Komissiyanın iclası keçirilib
Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşü keçirilib
Vladimir Putin İbrahim Rəisiyə zəng edib
Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib
Nazir Vilayət Eyvazovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
İranda spirtli içki hazırlayan dörd nəfər ölüm cəzasına məhkum edilib
Bakıda “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans kerçirilib
Bakı Xankəndiyə 30 ton benzin, 34 ton dizel göndırdi
Sabah Bakıda 27° isti olacaq
Xankəndiyə daha 64 ton yanacaq göndərilib
QHT nümayəndələri Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Zavodda üstünə isti su tökülən iki fəhlədən biri ölüb
Azərbaycan diasporu dünyanın 70 ölkəsində fəaliyyət göstərir
Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib
Azərbaycan Ağdam- Xankəndi yolu ilə Qarabağ erməniləri üçün humanitar yük göndərib
Bakıda Türk Dövlətlərinin II Aqrobiznes Forumu keçirilir
Sabirabadda 11 şagird və bir müəllim zəhərlənib
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilir
Azərbaycan nefti 101,42 dollara satılır
Qənirə Paşayevanın müalicəsi davam etdirilir
Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu öz işinə başlayır
Bakıda “Azərbaycan- Belarus: sərmayələr, ticarət və logistika” mövzusunda seminar keçiriləcək