ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 5,06 milyard dollara F-35 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət 25-ə qədər qırıcının satışından gedir. Departament əmin edib ki, qırıcıların tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda hərbi balansı dəyişməyəcək.