Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili “Sputnik Moldova” agentliyinin rəhbəri Vitali Denisovun Moldovadan çıxarılması və ona 10 il müddətində ölkəyə girişin qadağan edilməsi ilə əlaqədar Rusiyanın xarici siyasət idarəsinə çağırılıb.
YeniAvropa xəbər verir ki, Moldova tərəfi V.Denisovu ölkənin daxili işlərinə qarışmaqda və informasiya təhlükəsizliyinə təhdid yaratmaqda təqsirləndirir.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın bu addımının cavabsız qalmayacağını bildirib.