Ermənistanın Roma statutunu parlamentin ratifikasiyasına verməsi Rusiya tərəfində suallar doğurur.
YeniAvropa xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bu barədə suala cavablandırıb. Onun sözlərinə görə, bu günlərdə Ermənistan səfiri Rusiya XİN-ə çağırılarkən, ona digər məsələlərlə yanaşı, Roma statutunun ratifikasiyasına dair rəsmi Moskvanın etirazı da çatdırılıb.
“Bu, nə üçün edilir? Biz bu addımları qeyri-dost addımlar kimi dəyərləndiririk və bu barədə dəfələrlə erməni həmkarlarımıza, tərəfdaşlarımıza, dostlarımıza ikitərəfli kanallar vasitəsilə məlumat vermişik”, - deyə M.Zaxarova vurğulayıb.
O əlavə edib ki, Ermənistan tərəfi Rusiyada suallar doğuran bir neçə addım atdıqdan sonra məsələ açıq müstəviyə çıxarılıb.