Moldova hakimiyyəti “Sputnik-Moldova”nın rəhbəri Vitali Denisovu deportasiya edib.
YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik-Moldova”nın teleqram kanalında yayılan məlumatda deyilir.
Bildirilib ki, Moldova Miqrasiya Xidmətinin əməkdaşları Vitali Denisovu hava limanına aparıblar: “Onun Moldovaya girişinə 10 il qadağa qoyulub”.
Qeyd edək ki, “Sputnik-Moldova” Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin şəbəkəsinə daxildir