logo

Dünya çempionatında 26 güləşçimiz iştirak edəcək

12:32 12-09-2023 | icon 2450
Dünya çempionatında 26 güləşçimiz iştirak edəcək

Azərbaycanın güləş yığmalarının Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyətləri məlum olub.

YeniAvropa xəbər verir ki, baş məşqçilər ümumilikdə 26 idmançıya dəvət göndəriblər. Onlardan 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçidir.

Yığmanın baş məşqçisi sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişviliyə (125 kq) şans verib.

Heyətdə yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq) yer alıb.

Qadın güləşçilərimizi isə Belqradda Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) təmsil edəcək.

Xatırladaq ki, sentyabrın 16-da başlayacaq dünya çempionatı ayın 24-də yekunlaşacaq.