logo

AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

14:14 11-09-2023 | icon 1848
AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti dəfə təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin ilk turunda Fransada "Renn" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 21-də Renn şəhərində baş tutacaq.