logo

Akrobatlarımız beynəlxalq turnirdə qızıl medal qazanıblar

11:33 11-09-2023 | icon 1778
Akrobatlarımız beynəlxalq turnirdə qızıl medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Polşanın paytaxtı Varşavada keçirilən “Wars and Sawa Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (yeniyetmələrdən ibarət qadın qrupu), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.