Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 212-yə yüksəlib.
YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin zəlzələ ilə bağlı yenilənmiş məlumatında bildirilib.
Qeyd edilib ki, hadisə zamanı yaralıların sayı isə 2 min 421-ə çatıb.
Qeyd edək ki, Mərakeş mediası ötən gün yerli vaxtla saat 23.10-da baş verən 7 bal gücündə zəlzələnin paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss edildiyini bildirib.