logo

Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

09:49 10-09-2023 | icon 2548
Avropada yeraltı qaz anbarlarının 93 faizdən çoxu doldurulub

Avropa İttifaqında(Aİ) yeraltı qaz anbarlarının doluluq səviyyəsi 93,5 faizə yaxınlaşıb.

YeniAvropa “Gas Infrastructure Europe” Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, bu il sentyabrın 7-si tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi sutkada 0,05 faiz artaraq 93,47 faiz təşkil edib.

Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 103,4 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə nəticəsində Rusiyanın Aİ-yə təbii qaz nəqli kəskin şəkildə azaldı. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz anbarlarının qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladı. Bu çərçivədə noyabrın 1-dək qaz anbarlarının 90 faizinin doldurulması nəzərdə tutulurdu. Beləliklə, Aİ hədəfinə təxminən 2 ay əvvəl çatdı.