Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, zəlzələ nəticəsində 672 nəfər yaralanıb.
Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin episentri Mərakeş şəhərindən 77 kilometr uzaqlıqda, 10 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.
Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.
Axtarış-xilasetmə işləri davam etdirilir.