logo

Antarktidada buzlaqlar proqnozlaşdırılandan iki dəfə tez əriyir

11:44 09-09-2023 | icon 2828
Antarktidada buzlaqlar proqnozlaşdırılandan iki dəfə tez əriyir

Alimlər Antarktidada temperaturun kəskin artımını qeydə alıblar ki, bu da proqnozlaşdırılan iqlim göstəricilərindən iki dəfə yüksəkdir.

YeniAvropa xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Elm adamları qlobal istiləşmədən ən çox qütb bölgələrinin təsir görməsindən narahatdırlar. Buzların əriməsi dəniz səviyyəsinin bir neçə metr qalxmasına səbəb olacaq.

İqlim və Ətraf Mühit Elmləri Laboratoriyası (Fransa) Antarktidada əldə edilən 78 buz obyekti üzərində araşdırma aparıb və müəyyən edib ki, qitədə temperatur alimlərin proqnozlaşdırdığı kimi 0,18°C deyil, 0,22-0,32°C artıb.

Mütəxəssislər Antarktida buzlaqlarının gözlənildiyindən daha böyük miqyasda əriyə biləcəyindən ehtiyat edirlər.

Lids Universitetinin alimləri müəyyən ediblər ki, əsrin dörddə birində cənub qütbünün əsas Antarktika buzlaqlarından biri olan Amundsen buzlaqı milyardlarla ton buz itirib.