Futbol üzrə Azərbaycan milli komandası bu gün "EURO-2024"ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Belçika yığmasını qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 17:00-da start götürəcək. Matçın baş hakimi serbiyalı FIFA referisi Nenad Minakoviç olacaq.
Tarixində beşinci dəfə “qırmızı şeytanlar”la üz-üzə gələcək millimiz əvvəlki dörd oyunun üçündə uduzub, birində isə heç-heçə edib.
Qeyd edək ki, F qrupunda yer alan yığmamız üç oyundan sonra bir xalla sonuncu pillədədir. Aktivində yeddi xalı olan Belçika seçməsi isə ikinci sırada qərarlaşıb.
AVRO-2024, seçmə mərhələ
V tur
F qrupu
17:00. Azərbaycan – Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Bakı, “Dalğa Arena”
Xal durumu: Avstriya - 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3).