“Gürcüstanın Avropa İttifaqının bir hissəsi olmaq şansı var”.
YeniAvropa xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Avropa İttifaqının(Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Aİ-nin Tbilisidə bayraqları kifayət qədər çoxdur: “Heç Brüsseldə Aİ-nin bu qədər çox bayrağı yoxdur. Biz Gürcüstanın Aİ-yə üzvlüyü yolunda kifayət qədər yol qət etmişik”.