logo

Avropa çempionatı:Daha üç cüdoçumuz mübarizəyə başlayır

11:33 08-09-2023 | icon 2121
Avropa çempionatı:Daha üç cüdoçumuz mübarizəyə başlayır

Niderlandın Haaqa şəhərində gənc cüdoçular arasında Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü tatami üzərinə çıxacaq.

Oğlanlar arasında 73 kiloqram çəki dərəcəsində Süleyman Əliyev və Vüsal Qələndərzadə, 81 kiloqram çəkidə isə Ömər Rəcəbli mübarizə aparacaq.

Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız üç medal qazanıblar. Nizami İmranov (60 kiloqram) qızıl, Aydın Rzayev (66 kiloqram) gümüş, Aydan Vəliyeva (52 kiloqram) isə bürünc mükafata sahib çıxıb.