Bu gün gələn il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının(EURO-2024) seçmə mərhələsində V turun daha yeddi oyunu keçiriləcək.
YeniAvropa xəbər verir ki, gecənin ilk matçı A qrupunda Gürcüstan və İspaniya milli komandaları arasında baş tutacaq. Bu qrupun digər görüşündə Şotlandiya yığması səfərdə Kiprin qonağı olacaq.
D qrupunda Türkiyə millisi doğma meydanda Ermənistanı, Xorvatiya isə Latviyanı sınağa çəkəcək.
J qrupunda isə üç qarşılaşma keçiriləcək. Lider Portuqaliya səfərdə Slovakiya ilə üz-üzə gələcək. Bosniya və Herseqovina Lixtenşteyni, Lüksemburq isə İslandiyanı qəbul edəcək.
AVRO-2024, seçmə mərhələ
V tur
8 sentyabr
A qrupu
20:00. Gürcüstan – İspaniya
22:45. Kipr – Şotlandiya
Xal durumu: Şotlandiya - 12 (4 oyun), Gürcüstan – 4 (3), Norveç – 4 (4), İspaniya – 3 (2), Kipr – 0 (3)
D qrupu
22:45. Türkiyə - Ermənistan
22:45. Xorvatiya – Latviya
Xal durumu: Türkiyə - 9 (4 oyun), Ermənistan – 6 (3), Xorvatiya – 4 (2), Uels – 4 (4), Latviya – 0 (3)
J qrupu
22:45. Slovakiya – Portuqaliya
22:45. Bosniya və Herseqovina – Lixtenşteyn
22:45. Lüksemburq – İslandiya
Xal durumu: Portuqaliya - 12 (4 oyun), Slovakiya – 10 (4), Lüksemburq – 7 (4), Bosniya və Herseqovina – 3 (4), İslandiya – 3 (4), Lixtenşteyn – 0 (4)