Ermənistan-ABŞ təlimlərinin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, indiki şəraitdə Ermənistan-ABŞ təlimlərinin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə kömək etmir.
Qeyd edək ki, sentyabrın 11-dən 20-dək Ermənistan-ABŞ "EAGLE PARTNER-2023" birgə hərbi təlimlərinin keçirilməsi planlaşdırılıb.