logo

EURO-2024: Bu gün dörd qrupda doqquz oyun keçiriləcək

11:55 07-09-2023 | icon 1932
EURO-2024: Bu gün dörd qrupda doqquz oyun keçiriləcək

Bu gün AVRO-2024-ün seçmə mərhələsində V turun görüşləri keçiriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə dörd qrupda ümumilikdə doqquz qarşılaşma baş tutacaq.

B qrupunun favoritlərindən Fransa millisi İrlandiyanı, Niderland yığması isə Yunanıstanı qəbul edəcək.

E qrupunun lideri Çexiya seçməsi doğma azarkeşləri qarşısında ikinci sırada yer alan Albaniya kollektivi ilə üz-üzə gələcək. Polşa isə evdə Farer adalarını sınağa çəkəcək.

G qrupunda Monteneqro Litvanın, Macarıstan isə Serbiyanın qonağı olacaq.

H qrupunda üç oyun keçiriləcək. Hərəyə doqquz xalla qrupda ilk iki sıranı bölüşdürən Finlandiya və Qazaxıstan yığmaları vahid liderlik uğrunda mübarizə aparacaqlar. Qrupun digər oyunlarında isə Danimarka San Marino ilə, Sloveniya Şimali İrlandiya ilə qarşılaşacaq.

AVRO-2024, seçmə mərhələ

V tur

B qrupu

22:45. Fransa - İrlandiya

22:45. Niderland - Yunanıstan

Xal durumu: Fransa - 12 (4 oyun), Yunanıstan – 6 (3), İrlandiya – 3 (3), Niderland – 3 (2), Cəbəllütariq – 0 (4)

E qrupu

22:45. Çexiya - Albaniya

22:45. Polşa - Farer adaları

Xal durumu: Çexiya – 7 (3 oyun), Albaniya – 6 (3), Moldova – 5 (4), Polşa – 3 (3), Farer adaları – 1 (3)

G qrupu

20:00. Litva - Monteneqro

22:45. Serbiya - Macarıstan

Xal durumu: Macarıstan - 7 (3 oyun), Serbiya – 7 (3), Monteneqro – 4 (3), Bolqarıstan – 2 (4), Litva – 1 (3)

H qrupu

18:00. Qazaxıstan - Finlandiya

22:45. Danimarka - San Marino

22:45. Sloveniya - Şimali İrlandiya

Xal durumu: Finlandiya – 9, Qazaxıstan – 9, Danimarka – 7, Sloveniya – 7, Şimali İrlandiya – 3, San-Marino – 0