17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyə ilə keçirəcəyi yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fizuli Məmmədov hazırlıq prosesinə 22 futbolçu dəvət edib.
Heyətdə Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov ( hamısı “Qəbələ”), Ayxan Əlizadə, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, İslam İsmayılzadə, Əmir Əliyev, Babamirzə Mehdiyev, Anar Hüseynov, Emin Feyzullayev, Ümid Səlimov (hamısı “Sabah”), Məsud Əlişanlı (EFA), Məhəmməd İmamaliyev, Röyal Fərzullazadə (hər ikisi “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (hər ikisi “Sumqayıt”), Həsən Nəzərli (Ankaragücü (Türkiyə)), Hikmət Cəbrayılzadə və Amid Qasımov (hər ikisi “Qarabağ”) yer alıblar.
Qeyd edək ki, Türkiyə millisi ilə qarşılaşmalar sentyabrın 9-da və 12-də keçiriləcək.