logo

Azərbaycan-Belçika matçını serbiyalı hakimlər idarə edəcək

12:52 06-09-2023 | icon 2128
Azərbaycan-Belçika matçını serbiyalı hakimlər idarə edəcək

Gələn il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının(EURO-2024) seçmə mərhələsində keçiriləcək Azərbaycan-Belçika oyununu idarə edəcək hakimlər bəlli olub. 

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə olunub.

Referi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

VAR hakimi Novak Simoviç, onun köməkçisi isə Momçilo Markoviç olacaq.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Belçika oyunu saat 17:00-da başlayacaq.