logo

Bakıda Beynəlxalq Türk Sənəti,Tarixi və Folkloru Konfransı keçirilir

10:50 05-09-2023 | icon 7910
Bakıda Beynəlxalq Türk Sənəti,Tarixi və Folkloru Konfransı keçirilir

Sentyabrın 5-də Milli Azərbaycan Tarixi Muzeyində (MATM) 17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konfransı işə başlayıb.

YeniAvropa xəbər verir ki, tədbir MATM, Türkiyənin Aydın Adnan Menderes, Səlcuq universitetləri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil olunub.

Konfransda Azərbaycan Milli Elmilər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb. Alim, eyni zamanda, muzeyin baş direktoru akademik Nailə Vəlixanlının elmi yaradıcılığından, tarix elminin inkişafına verdiyi töhfələrdən danışıb.

Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan alim və mütəxəssislərin qatıldıqları beynəlxalq konfransda türk tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə məruzələr dinlənilib.