Sentyabrın 4-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
YeniAvropa xəbər verir ki, iki ölkənin liderlərinin ilk növbədə taxıl sazişini müzakirə edəcəkləri gözlənilir. Rusiya taxılının Qətərin maliyyə dəstəyi ilə Türkiyə ərazisindən Afrikaya ixracı məsələsinin də danışıqlar masasında yer aldığı bildirilir.
Bundan əlavə, tərəflərin Rusiya qazının Türkiyə ərazisindən keçərək Avropaya daşınması üçün qaz qovşağının yaradılmasını, Ukrayna, Suriya və Cənubi Qafqazdakı vəziyyət barədə də fikir mübadiləsi aparacağı gözlənilir.