logo

AFFA nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

14:04 04-09-2023 | icon 1911
AFFA nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Macarıstan – Qazaxıstan matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 7-də Macarıstanda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.