logo

Azərbaycan yığması dünya çempionatına yollanıb

13:33 30-08-2023 | icon 1561
Azərbaycan yığması dünya çempionatına yollanıb

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pauerliftinq üzrə dünya çempionatının komanda yarışı keçiriləcək.

Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, mundialda Azərbaycan millisi də iştirak edəcək.

Komanda yarışında millimizin üzvləri Ceyhun Mahmudov (54 kiloqram), Zəhra Dadaşova (55 kiloqram) və Pərvin Məmmədov (49 kiloqram) medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışlar bu gün Bakı vaxtı ilə saat 18:20-də başlayacaq.