Parataekvondo üzrə Azərbaycan milli komandası Fransada Qran-Pridə iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Bildirilib ki, baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın üç üzvünə şans verəcək.
Avqustun 30-da keçirilək Qran-Pridə Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) mübarizə aparacaq. Hər üç parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayacaq.