logo

Dünya çempionatı: Azərbaycan millisinin oyun təqvimi bəlli oldu

14:44 29-08-2023 | icon 1379
Dünya çempionatı: Azərbaycan millisinin oyun təqvimi bəlli oldu

Azərbaycanın minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

YeniAvropa xəbər verir ki, yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu İraq komandası ilə sentyabrın 27-də keçirəcək.

Qeyd edək ki, dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.