“Neftçi” növbəti transferini həyata keçirib.
Klubdan YeniAvropa-ya bildirilib ki,paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdes Samudio ilə 1+1 il şərtli müqavilə imzalanıb. 30 yaşlı futbolçu yeni komandasının heyətində 6 nömrəli formanı geyinəcək.
Dieqo Valdes Paraqvayın “San Lorenso” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay milli komandasının heyətində 1 oyun keçirib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri - braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.