Bu gün Türkiyədə “Beşiktaş” və “Neftçi” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.
YeniAvropa xəbər verir ki, görüş əvvəldən planlaşdırıldığı kimi Bakı vaxtı ilə saat 21:00-da başlamayacaq. Qarşılaşma nəzərdə tutulan vaxtdan 1 saat gec başlayacaq.
Dəyişikliyin hansı səbəbdən edildiyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk matçda “Neftçi” rəqibinə 1:3 hesabı ilə uduzub.