logo

UEFA Avropa Liqası:“Qarabağ” bu gün cavab oyununa çıxır

09:09 17-08-2023 | icon 4137
UEFA Avropa Liqası:“Qarabağ” bu gün cavab oyununa çıxır

"Qarabağ" futbol klubu avqustun 17-də UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.

"Bolt Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək.

Xatırladaq ki, ilk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.