logo

Qubada avtobus qəzasında xəsarət alan 19 nəfərin 4-ü uşaqdır

14:41 13-08-2023 | icon 12243
Qubada avtobus qəzasında xəsarət alan 19 nəfərin 4-ü uşaqdır

Qusardan Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 19 nəfər TƏBİB-in tabeliyindəki Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan YeniAvropa-ya bildirilib ki, xəsarət alanların 4-ü azyaşlıdır. Xəsarət alanlara tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilir.

Onların vəziyyətləri stabil olaraq qiymətləndirilir.