“Moskva səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən bir pilotsuz uçuş aparatı(PUA) vurulub və onun parçaları Karamışevskiyə düşüb”.
YeniAvropa xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin yerli KİV-ə müsahibəsində bildirib.
“Heç kim xəsarət almayıb. Ciddi dağıntılar yoxdur. Aidiyyəti qurumların əməkdaşları hadisə yerindədir”, - deyə mer bildirib.