logo

III qrup üzrə 150 bal ixtisas seçimi üçün yetərli olacaq

12:21 11-08-2023 | icon 6951
III qrup üzrə 150 bal ixtisas seçimi üçün yetərli olacaq

Üçüncü qrupda da müxtəlif ixtisaslar var ki, 150 baldan yüksək nəticə göstərənlər ixtisas seçimi edə bilərlər. Muzey, arxiv işi, abidələrin qorunması, sosial iş, regionlar üzrə sosial iş ixtisasları üzrə ümumu 2895 plan yeri ayrılıb.

YeniAvropa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, keçən illə müqayisədə üçüncü qrupda 940 yer artırılıb. Dövlət sifarişli yerlərdə artım yoxdur, 328 yer azalıb. Ümumilikdə 16067 yer ayrılıb. Jurnalistika üzrə 260 yer təqdim olunub. Jurnalistika üzrə qabiliyyət imtahanından 374 nəfər məqbul alıb.