logo

Polşa Belarusla sərhədə 10 minlik qoşun yerləşdirir

14:34 10-08-2023 | icon 6020
Polşa Belarusla sərhədə 10 minlik qoşun yerləşdirir

Polşa silahlı qüvvələri Polşa-Belarus sərhədinə 10 min hərbçi yerləşdirmək niyyətindədir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu məlumatı Polşanın müdafiə naziri Mariuş Blaşak radiolardan birinə müsahibəsində təsdiqləyib.

O qeyd edib ki, sərhədboyu ərazidə yerləşdiriləcək 10 minə yaxın hərbçinin dörd mini birbaşa sərhədçilərə xidməti dəstək göstərəcək, altı min nəfər isə ehtiyatda olacaq.

Nazirin sözlərinə görə, Polşa ordusu son illərdə mütəmadi qaydada fəal inkişaf edir və hədəf qarşıdakı iki il ərzində Avropanın ən güclü ordusuna sahib olmaqdır. Hazırda Polşa silahlı qüvvələrinin şəxsi heyəti 170 min nəfərdir.

Belarus ərazisində “vaqner”çilərin olması xəbərləri və sərhədboyu ərazilərdə baş verən insidentlərdən sonra Polşa bu ölkə ilə sərhəddə hərbi mövcudluğunu daha da gücləndirmək qərarına gəlib. Eyni zamanda, qanunsuz miqrasiya axınının sərhəd bölgəsində güclənməsi ehtimalı da potensial təhlükələr arasında yer alır.