Avqustun 3-də Gürcüstanın qərbində, Raça yüksək dağlıq rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Şovi kurort mərkəzi tamamilə məhv olub.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi şəhərinin meri, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze məlumat verib. Onun sözlərinə görə, Raçada, xüsusən də Şovidə baş verənlər çox ciddi problemlər yaradıb, infrastruktur dağılıb. Şovi, demək olar ki, palçıq altında qalıb.
K.Kaladze vurğulayıb ki, sürüşmə zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər gecə-gündüz davam etdirilir.
Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin cəsədi tapılıb, təxminən 20 nəfərin axtarışları isə davam etdirilir.
Ölənlərdən 14-nün şəxsiyyəti müəyyən edilib. Onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı var.