Bu gün Gürcüstanda matəm günüdür.
YeniAvropa xəbər verir ki, bununla əlaqədar ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv olunub.
Qeyd edək ki, Gürcüstanın Raça dağlıq bölgəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Baş nazir İrakli Qaribaşvilinin sərəncamına əsasən avqustun 7-si matəm günü elan edilib.
Matəm avqustun 8-i saat 20:00-dək davam edəcək.
Xatırladaq ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışları isə davam etdirilir.