logo

Avqustun 7-si Gürcüstanda matəm elan edilib

16:26 04-08-2023 | icon 3101
Avqustun 7-si Gürcüstanda matəm elan edilib

Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si ölkədə matəm elan edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib. 

Xatırladaq ki, avqustun 3-də günorta saatlarında Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb. Sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.